Noyabrın 13-də Bakıda Avropa Şurası və Azərbaycan Ali məhkəməsinin birgə təşkilatçılığı ilə konfrans keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Avropa məhkəməsinin insan haqları üzrə hakimi Xanlar Hacıyev məlumat verib.
O qeyd edib ki, konfransda Avropa Şurası nümayəndəsi və Avropa məhkəməsinin iki hakimindən ibarət nümayəndə heyəti iştirak edəcək. Bu hakimlərdən biri X.Hacıyevdir.
X.Hacıyev əlavə edib ki, konfransın əsas mövzusu azərbaycanlı hakimlər tərəfindən Avropa Konvensiyasının tətbiqi ilə bağlı olacaq.