...

Sərhədçilər üçün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir keçirilib

Siyasət Materials 25 Oktyabr 2006 12:17 (UTC +04:00)

Naxçıvan sərhəd dəstəsində "Narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Tədbirdə N saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik -leytenant İzzəddin Musayev çıxış edərək Naxçıvan Muxtar Respublikasında ordu quruculuğuna göstərilən diqqət və qayğıdan söhbət açıb, hər bir əsgər və zabiti qüsursuz xidmət etməyə, ayıq-sayıq olmağa çağırıb.

Mövzuya dair məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi Tariyel Zeynalov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə sərhəd dəstəsində xidmət edən əsgər və zabitlərin daha fəal olmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti