...

ATƏT sədri Avropada "dondurulmuş" münaqişələrin həllini təşkilatın fəaliyyətində prioritet hesab edir

Siyasət Materials 26 Oktyabr 2006 15:48 (UTC +04:00)
ATƏT sədri Avropada "dondurulmuş" münaqişələrin həllini təşkilatın fəaliyyətində prioritet hesab edir

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt oktyabrın 25-də Şimali Atlantika şurasında çıxış edib. Trend xəbər verir ki, bu barədə NATO-nun məlumatında qeyd olunub.

NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşdə o, "dondurulmuş" və həll olunmayan münaqişələrin həllini ATƏT-in fəaliyyətindəki prioritetlərdən biri olduğunu qeyd edib.

Öz növbəsində, K.de Quxtu salamlayan NATO baş katibi bildirib ki, heç bir təşkilat təkbaşına öz məqsədlərinə çata bilməz və bu istiqamətdə səylərin koordinasiyası prioritet olmalıdır.

Səfər iki təşkilat arasında yüksək səviyyəli müntəzəm siyasi dialoqun bir hissəsi olub. Ötən il NATO baş katibi Vyanada ATƏT-in Daimi şurasında çıxış edib. NATO və ATƏT Balkan da daxil olmaqla, bir neçə bölgədə əməkdaşlıq edib və sıx əməkdaşlığı davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti