...

Gəncə Avtomobil Zavodu Bakıda serviz mərkəzi açacaq

Siyasət Materials 27 Oktyabr 2006 17:15 (UTC +04:00)

Noyabr ayının əvvəllərində Bakı şəhərində Gəncə Avtomobil Zavodunun Çin avtomobilləri üçün ilk serviz xidməti mərkəzi açılacaq. Bu barədə məlumatı Trendə zavodun direktoru Xanlar Fətiyev verib.

Onun sözlərinə görə təşkil olunacaq mərkəz GAZ-da yığılan avtomobillərə xidmət göstərmək məqsədi ilə yaradılıb və bütün müasir avadanlıqlarla təmin olunub. "Əgər avtomobillərimizin satışı bizi qane etsə və yetərincə olsa, onda Bakıda ikinci mərkəzin açılması da nəzərdə tutulub" - Fətiyev belə deyib. O əlavə edib ki, Qərb zonasında isə serviz xidməti GAZ-ın özündə yaradılıb və burada çox təcrübəli mütəxəssislər xidmət göstərir.

Serviz xidmətləri fəaliyyətə başladıqdan sonra Gəncə Avtomobil Zavodunun avtomobillərini alan vətəndaşlar arxayın ola bilərlər ki, onların maşınlarına keyfiyyətli xidmət göstəriləcək.

Xəbər lenti

Xəbər lenti