...

Enn Ders: Terrorun maliyyələşdirilməsi Azərbaycanın aparıcı rol oynaya biləcəyi daha bir məsələdir

Siyasət Materials 30 Oktyabr 2006 14:04 (UTC +04:00)

Terrorun maliyyələşdirilməsi qlobal problem olaraq qalır və dövlətlər bununla mübarizə aparmaq üçün əməkdaşlıq etməlidir. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib. "Şadam ki, Azərbaycan, ABŞ və Avropa Şurası bu problemin həlli istiqamətində birgə işləyir. Azərbaycan prezidenti İlham Əliyev tez-tez ölkənin regionda artan rolunu qeyd edir. Terrorun maliyyələşdirilməsi Azərbaycanın aparıcı rol oynaya biləcəyi daha bir məsələdir", - deyə o vurğulayıb.

Səfir bildirib ki, ABŞ Azərbaycanda maliyyə-kəşfiyyat bürosunun və müvafiq qanunvericiliyin yaradılmasına hər cür yardım edəcək.

Konkret olaraq Azərbaycanda pulların yuyulması probleminin köklərinə toxunan səfir qeyd edib ki, bunlar bütün dünyada mövcud olan köklərdir. Bu problemlər dünyanın bütün ölkələrində var və buna görə də hər bir ölkə bununla həm yerli, həm də beynəlxalq səviyyədə mübarizə aparmalıdır.

Xəbər lenti

Xəbər lenti