...

Gəncədə unun qiyməti qalxıb

Siyasət Materials 8 Noyabr 2006 18:33 (UTC +04:00)

Gəncədə unun qiyməti artıb. Trendin Qərb Bürosu bildirir ki, şəhərdə əvvələr 11 YAM-a satılan 50 kq-lıq əla növlü un indi 15 YAM-a satılır.

"Neon" un firmasının direktoru Arif Hüseynov unun qiymətinin artdığını təsdiq etdi. Onun sözlərinə görə, buna səbəb alınan buğdanın qiymətinini yüksəlməsidir. "Əvvələr buğdanın 1 kq-nı 3-3,4 qəpiyə alırdıqsa, hazırda bu qiymət 4,4-4,6 qəpiyə qalxıb. Biz də məcburuq ki, istehsal etdiyimiz unun qiymətini artıraq" - deyən A. Hüseynov əlavə etdi ki, dəyirmanlarda unun qiyməti az artırılsa da, satış məntəqələrdə qiymət çox qalxıb.

İqtisadi İnkişaf Nazirliynin Gəncə-Qazax şöbəsinin müdiri Azər Müradov isə bu haqda heç bir məlumata malik olmadığını bildirdi.

Xəbər lenti

Xəbər lenti