...

Milli Məclisin deputatları MDB PAA iclaslarında iştirak edir

Siyasət Materials 15 Noyabr 2006 14:00 (UTC +04:00)

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının noyabrın 15-16-da Sankt-Peterburqda keçirilən iclaslarında iştirak edir. Trend in xəbər verdiyi kimi, bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında deyilir.

İclaslarda Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Rövşən Rzayev və Azər Əmiraslanov iştirak edir.

Onlar MDB Parlamentlərarası Assambleyasının plenar iclasında, o cümlədən hüquqi məsələlər, sosial siyasət və insan haqları, iqtisadiyyat və maliyyə məsələləri daimi komissiyalarının iclaslarında iştirak edir. İclaslarda sosial siyasətin əsas istiqamətləri, MDB-də miqrantların və itkin düşmüş şəxslərin problemləri, əlillərin sosial müdafiəsi ilə bağlı model qanun layihələri müzakirə olunur.

Azərbaycanlı deputatlar tədbirlərdə çıxış edəcək və ölkənin müzakirə olunan məsələlərə münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti