...

Deputat Sabir Hacıyev: "Siyasi partiyalar öz maraqlarını güdmək üçün seçki komissiyalarına nümayəndələrini salmaq istəyirlər"

Siyasət Materials 16 Noyabr 2006 17:56 (UTC +04:00)

"Seçki komissiyaları peşəkar insanlardan ibarət formalaşdırılmalıdır. Siyasi partiyaların seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifi ona bənzəyir ki, onlar öz maraqlarını güdmək üçün komissiyalara nümayəndələrini salmaq istəyirlər". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev bildirib.

O qeyd edib ki, Avropanın aparıcı ölkələrində seçki komissiyalarının üzvləri siyasi mənsubiyyəti olmayan, bitərəf, peşəkar şəxslərdir. S.Hacıyevin fikrincə, Azərbycanda da seçki komissiyalarına bacarıqlı, cəmiyyətdə tanınan və nüfuzu olan, bu işə peşəkarcasına yanaşan şəxslər seçilməlidir.

Millət vəkili onu da deyib ki, Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası arasında Seçki Məcəlləsinə dair müzakirələr aparılır. Dekabr ayının əvvəlində bununla Venesiya Komissiyasının təşkilatçılığı, Azər,aycan hökümət nümayəndələrinin iştirakı ilə konfrans keçiriləcək, seçki məsələləri yenidən müzakirəyə çıxarılacaq. Bundan sonra isə seçki komissiyalarının tərkibinin tam formalaşdırılması məsələsinə Milli Məclisdə baxılacaq.

"Seçki komissiyalarının formalaşdırılması adətən seçkilər ərəfəsində daha aktual olur. Bu il və gələn il heç bir seçki keçirilməyəcək. Ola bilsin ki, buna görə seçki komissiyalarını tam tərkibdə formalaşdırmağa hələ tələsmirlər. Həm də Venesiya Komissiysı ilə aparılan danışıqların nəticələrini gözləmək lazımdır"-deyə millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti