2007-ci il yanvarın 1-nə kimi Azərbaycan Milli Bankı mübadilə-valyuta məntəqələrinin fəaliyyətinin yeni qaydalara uyğunlaşdırılması tarixini müəyyən edəcək. AMB-nın baş direktoru Rüfət Aslanlının Trend -ə verdiyi məlumata görə, əks təqdirdə onların lisenziyaları geri alınacaq.
Hazırda 37 mübadilə bürosu AMB-də qeydiyyatdan keçib və 15 -ə qədər bankın müraciətinə baxılır. İlin sonuna kimi, Bakı üzrə onların sayının 70-80-a çatacağı istisna olunmur. Regionlardan müraciətlər yeni daxil olmağa başlayıb, lakin onların sayı heç beşə də çatmayıb. "Biz hələ əvvəldən bu tempi gözləyirdik və çox guman ki, bu prosses regionlarda gələn ildən aktivləşəcək". R.Aslanlı belə hesab edir.
Onun sözlərinə görə, hazırda ölkədə 30 mübadilə məntəqəsi AMB-ın köhnə lisenziyarına əsasən fəaliyyət göstərir ki, keçən il onların sayı 620 idi. Onların lisenziyalarının fəaliyyət müddəti 2006-cı il dekabrın 30-da başa çatır.
Baxmayaraq ki, qaydalar iyulun sonunda qüvvəyə minib, onlar yeni açılan mübadilə bürolarında tətbiq olunur, hazırda fəaliyyət göstərən mübadilə məntəqələri köhnə qaydalarla işləyir.
Yeni qaydaların mahiyyəti mübadilə-valyuta məntəqələrinin statusunu qaldırmaqdır və onların bank şöbələri statusuna yaxınlaşdırılması nəzərdə tutulur. Qaydalar həmçinin mübadilə məntəqələrinin bank əməliyyat sistemində inteqrasiya əməliyyatları mexanizmini, texnika üzrə tələblərini və onların təhlükəsizliyini gücləndirməyi nəzərdə tutur, mübadilə məntəqələri əməkdaşlarının peşəkar hazırlığı tələblərini müəyyənləşdirir.