...

Azərbaycan prezidenti Türkiyənin İqdır vilayətinin valisini qəbul edib

Siyasət Materials 1 Dekabr 2006 16:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də Türkiyənin İqdır vilayətinin valisi Saim Saffet Karahisarlını qəbul edib. Bu barədə Trend xəbər verir.

Azərbaycan prezidenti qeyd edib ki, İqdır bələdiyyəsinin başçısı Nurəddin Arasla tez-tez görüşlər keçirir və vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və İqdırla əlaqələrə xüsusilə üstünlük verilir. Prezident xatırladıb ki, İqdırın iş adamlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına sərmayə qoyması bu münasibətləri daha da yaxınlaşdırır.

İlham Əliyev İqdır vilayətinin qubernatorunun Azərbaycana birinci səfərindən məmnun qaldığını bildirib və əminliklə qeyd ediib ki, Azərbaycan və İqdır vilayəti arasında əlaqələr bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Vali deyib ki, Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, özünü evdəki kimi hiss edir. O, həmçinin Azərbaycanda həyata keçirilən proseslərdən razı qaldığını və Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi ilə fəxr etdiyini bildirib və qeyd edib ki, bu, özünü bölgələrdə də göstərir.

Xəbər lenti

Xəbər lenti