...

Prezidentin İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri: Dağlıq Qarabağda "referendum" münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini şübhə altına alır

Siyasət Materials 7 Dekabr 2006 20:49 (UTC +04:00)

"Dağlıq Qarbağda dekabrın 10-a təyin olunmuş qondarma "referendum" münaqişənin nizama salınması ilə bağlı danışıqlar rprosesini şübhə altına alır və erməni tərəfinin qeyri-səmimiliyini bir daha sübut edir"- Trendin xəbər verdiyinə görə, bu barədə Prezidentin İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Onun sözlərinə görə, bu, erməni tərəfin ikitərəfli oyun apardığını göstərir. "Onların hansı oyun oynadıqlarından asılı olmayaraq, onlar uda və divident ala bilməyiblər. Artıq bəzi beynəlxalq təşkilatlar və ölkələr bu barədə öz fikirlərini bildiriblər. Dünya ictimaiyyəti heç vaxt ermənilərin bu şousunu qanuni akt kimi qəbul etməyəcək" -deyə Novruz Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti