...

Deputat Vahid Əhmədov: Orduda dörd problem var

Siyasət Materials 9 Dekabr 2006 13:06 (UTC +04:00)

Hazırda Azərbaycan ordusunda 4 əsas problem var. Bu barədə Trend ə eküzkuliv açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Deputat əlavə edib ki, apardıqları araşdırma və müşahidələr, eləcə də cəbhə bölgəsində yerləşən hərbi hissələrə etdikləri səfərlər nəticəsində belə qənaətə gəliblər.

V.Əhmədovun fikrincə, orduda olan birinci problem zabitlərin mənzillə təmin olunmaması ilə bağlıdır. "Zabitlər üçün xidməti evlərin inşa olunmaması, şəhərciklərin salınmaması nəticəsində onlar ailələrindən ayrı yaşamağa məcbur olurlar ki, bu da əlavə problemlər yaradır."

Millət vəkilinin sözlərinə görə, ikinci problem zabitlərin məvaciblərinin az olması ilə bağlıdır. "Xüsusən də cəbhə bölgəsində xidmət edən zabitlərin aldıqları məvaciblər çox azdır. Baxmayaraq ki, 2006-cı ildə onların maaşları artırılıb. Amma indi aldıqları pul onların tələbatlarını ödəmir. Ona görə də bu məsələyə baxmaq lazımdır."

Üçüncü problem isə icra hakimiyyəti orqanlırının orduya münasibəti ilə bağlıdır. V.Əhmədov qeyd edib ki, prezidentin fərmanı ilə hərbi hissələr yerli icra hakimiyyəti orqanları arasında bölüşdürülüb. "Yəni icra hakimiyyəti orqanları hərbi hissələrə baş çəkməli, zabit və əsgərlərlə görüşməlidirlər. Amma onlar bunu etmirlər. Hərbçilərə qayğı göstərmirlər."

Millət vəkili bildirdi ki, dördüncü problem hərbi prokurorluğun orduya münasibəti ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti