...

Rusiya daxili işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 13 Dekabr 2006 13:44 (UTC +04:00)

Rusiyanın daxili işlər naziri Rəşid Nurqəliyevin dekabrın 13-ə təyin olunmuş Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı səfirliyindən xəbər veriblər.

Səfirliyin məlumatına görə, səbəb nazirin gərgin qrafiki olub. Səfərin 1-2 həftə sonra, dekabrın ikinci yarısında baş tutacağı gözlənilir. Qeyd edək ki, Rusiya DİN rəhbəri Azərbaycana həmkarı Ramil Usubovun dəvəti ilə səfər edəcək. Səfər çərçivəsində iki ölkənin hüquq-mühafizə idarələri arasında əməkdaşlığın möhkəmlənməsi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulub. Həmçinin, Azərbaycan və Rusiya DİN rəhbərləri Azərbaycanda və Rusiyada kriminogen vəziyyət, iki ölkə arasında daxili qüvvələrin əməkdaşlığı perspektivlərini də müzakirə edəcəklər. Bununla bərabər, 2007-2008-ci illər üçün əməkdaşlıq planı nəzərdən keçirilib təsdiqlənəcək. Görüşün yekununda birgə bəyanat imzalancaq.

Xəbər lenti

Xəbər lenti