...

Hüquq Maarifçiliyi Cəmiyyəti məhkəmələrin monitorinqinə dair hesabat hazırlayıb

Siyasət Materials 18 Dekabr 2006 16:09 (UTC +04:00)

Hüquq Maarifçiliyi Cəmiyyəti 2006-cı ilin may-noyabr ayları ərzində Azərbaycan məhkəmələrinin monitorinqinə dair hesabat harızlayıb. Bu barədə Trend ə Hüquq Maarifçiliyi Cəmiyyətindən məlumat verilib.

Monitorinq ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) ilə əməkdaşlıq çərçivəsində reallaşdırdığı Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində həyata keçirilib.

Monitorinqlər əsasən mülki işlər üzrə məhkəmə proseslərini əhatə edib. Hesabat İqtisad məhkəmələri, 11 şəhər və rayon (Siyəzən, Gəncənin Nizami və Kəpəz rayon məhkəmələri, Masallı, Lənkəran, Şamaxı, Qazax, Tovuz, Ağstafa rayon məhkəmələri), o cümlədən Bakının 9 rayon məhkəməsi (Nizami, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Səbail, Nərimanov, Yasamal rayon məhkəmələri) üzrə 250-dən çox proseslə bağlı aparılan müşahidələrin nəticəsində hazırlanıb.

Hesabat ədalətli məhkəmə araşdırması hüququnun müxtəlif aspektlərini, o cümlədən media, birləşmək, azad seçki, mülkiyyət və digər hüquq və azadlıqlarla bağlı proseslərin ədalətlilik standartlarına nə dərəcədə cavab verməsinin vəziyyətini əks etdirib.

Məhkəmə proseslərinin müşahidəsi zamanı yenə də məhkəmə araşdırmasının açıqlığı prinsipinin pozuntusu halları qeydə alınıb. Müşahidə aparılan məhkəmələrin əksəriyyətində həftəlik siyahıların yerləşdirildiyi lövhələr asılsada işə baxan hakim, məhkəmə baxışının yeri və vaxtı, cavabdehlər haqqında məlumatlar siyahıda əks olunmur.

Məhkəmələrin monitorinqinə dair geniş hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti