...

Rusiya XİN rəhbəri: "2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyişlər əldə olunub"

Siyasət Materials 20 Dekabr 2006 15:34 (UTC +04:00)
Rusiya XİN rəhbəri: "2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyişlər əldə olunub"

2006-cı ildə Dağblıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında mühüm irəliləyişlərə nail olunub. Bu barədə dekabrın 20-də Moskvada mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trend in xüsusi müxbirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması proqnozları barədə sualını cavablandırarkən deyib.

"Proqnozlar qurmaq qeyri-münasib işdir. Biz ABŞ və Fransa ilə bir yerdə ATƏT-in Minsk qrupunun həmsədrləriyik və həmsədrlərin vəzifəsi tərəflərə danışıqlarda kömək etməkdir" - o söyləyib.

Nazirin sözlərinə görə, həll məsələsində Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin hər iki dövlətin xarici işlər nazirləninin birbaşa kontaktı əhəmiyyət daşıyır. Həmsədrlər bu kontaktların təşkil olunmasına kömək edir, liderlərin söylədiklərini dinləyir və irəliləyişə doğru hərəkət etmək üçün təkliflər hazırlayaraq növbəti danışıqlara hazırlaşırlar" -deyə o, əlavə edib.

Cari ildə danışıqlar prosesindəki əhəmiyyətli irəliləyişi qeyd edərək, Lavrov söyləyib: "Həmsədrlərin Azərbaycan və Ermənistan liderləri arasındakı kontaktda və onun qurulmasında öz rolunu oynamaqda davam edəcəkləri barədə anlaşma var". Bununla belə, o, danışıqlar müddətinin bitməsi ilə bağlı proqnozlar verməkdən qaçıb və vurğulayıb: "Yaranmış böhrandan çıxışda Azərbaycanda olduğu kimi Ermənistanda da hökümətin istəyi var. Burada biz beynəlxalq hüquqların bütün prinsiplərini saxlayırıq, amma əsas olan Azərbaycan və Ermənistan rəhbərləri üçün sonrakı danışıqların müddəti və mərhələlərinə aid olan maksimal əlverişli şərtləri yaratmaqdır".

Xəbər lenti

Xəbər lenti