...

ATƏT Minsk qrupunun həmsədri Türkiyə və Ermənistanı mövcud ziddiyyətlərin həll edilməsi üçün addımlar atmağa çağırır

Siyasət Materials 26 Dekabr 2006 12:55 (UTC +04:00)

ABŞ dövlət katibi köməkçisinin müavini, ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Mediamaks agentliyinə verdiyi eksklüziv müsahibəsində bəyan edib ki, "biz qəti surətdə Türkiyə və Ermənistanı dialoq üçün imkanlara müsblət reaksiya vermək də daxil olmaqla, mövcud ziddiyyətlərin həll edilməsi üçün addımlar atmağa çağırırıq". Bu barədə Trend xəbər verir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qədər Ermənistan-Türkiyə münasibətlərində irəliləyişə nail olmaq perspektivlərini şərh edən Metyu Brayza bildirib: "Biz anlayırıq ki, həll edilməli olan bir sıra məsələlər mövcuddur və biz inanırıq ki, hər iki tərəfin xoş məramı olarsa, hətta bizim Qarabağ münaqişəsinin nizamlanması üzərində işlədiyimizi nəzərə alaraq, tərəqqinin olması mümkündür. Türkiyə münaqişənin ədalətli və uzunmüddətli nizamlanmasının regional dəstəyini təmin etmək baxımından mühüm rol oynamalıdır. Biz əminik ki, Cənubi Qafqazda açıq sərhədlər, ticarət və kommunikasiyanın, nəqliyyat və mədəni əlaqələrin bərpası da daxil olmaqla, regional əməkdaşlıq bütün bölgənin təhlükəsizlik və sabitlik maraqlarına xidmət edəcək. Qarabağ məsələsinin nizamlanmasında irəliləyiş bizi bu məqsədlərə nail olmağa yaxınlaşdıracaq".

Xəbər lenti

Xəbər lenti