...

Naxçıvan MR-in tikinti sektorunda sərmayələrin həcmi 55,4 % artıb

Siyasət Materials 27 Dekabr 2006 16:00 (UTC +04:00)

Naxçıvan MR-in tikinti sektorunda sərmayələrin həcmi 55,4 % artıb. Trend in Naxçıvan Bürosu xəbər verir ki, cari ilin ötən dövrü ərzində tikintidə bütün maliyyə mənbələri hesabına 157 mln 468 min manatlıq sərmayədən istifadə olunub.

İlin əvvəlindən bugünədək regionda 636 obyektdə tikinti-quraşdırma işləri aparılıb. 173 obyektdə isə təmir işləri davam etdirilir.

Bu il həm də tikinti işlərinin tərkib hissəsi kimi 29 yeni istehsal müəssisəsi istifadəyə verilib ki, ötən bu rəqəm 15 olub. Ümumiyyətlə isə, Regionların Sosial-İqtisadi inkişafı proqramının qəbulundan keçən dövr ərzində 55 yeni istehsal obyekti tikilib və ya əsaslı yenidənqurma işləri aparılıb. İstifadəyə verilmiş müəssisələrin hesabına regionda 851 yeni iş yeri açılıb. Yenicə istifadəyə verilən Diaqnostika-Müalicə Mərkəzi və 3 elektrik stansiyası isə 500 yeni iş yerinin açılmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti