...

Gəncədə sərnişin nəqillatında cediş haqqı 100% qalxıb

Siyasət Materials 10 Yanvar 2007 12:45 (UTC +04:00)

Yanacağın qiymətinin artımı ilə əlaqədar Gəncədə sərnişindaşıma sahəsində işləyən avtomobillərdə gediş haqqı 10 qəpikdən 20 qəpiyə qaldırılıb. Trend in Qərb Bürosunun verdiyi məlumata görə, qiymət artımı şəhərin bütün avtobus və mikroavtobuslarında tətbiq edilib.

Sürücülər gediş haqqının 20 qəpik olması haqda avtomobillərinə elan yapışdırıblar. Onların verdikləri məlumata görə, bu elan onlara "Simurq" MMC tərəfindən verilib. "Simurq"un direktoru Sabit Bağırov isə bildirdi ki, gediş qiymətinin 20 qəpik olmasını Regional Nəqiliyyat Departamenti təklif edib.

Regional Nəqiliyyat Departamentinin sədri Şəmistan Nağıyev qurumun belə göstəriş vermədiyini bildirdi. "Tarif Şurasının qərarı Bakı və Sümqayıta aiddir. Gəncə haqqında hələ ki, şuranın qərarı yoxdur. Gəncədə gediş haqqı əvvəlki kimi olmalıdır" - deyə Ş. Nağıyev bildirdi

Xəbər lenti

Xəbər lenti