...

Beynəlxalq böhran qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi sənəd yayacaq

Siyasət Materials 10 Yanvar 2007 15:51 (UTC +04:00)
Beynəlxalq böhran qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi sənəd yayacaq

2007-ci ilin yayında Beynəlxalq böhran qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi sənəd yayacaq. Bu barədə eksklüziv olaraq Trend ə böhran qrupunun Cənubi Qafqaz üzrə nümayəndəsi Sabina Freyzer bildirib.

O ümid etdiyini bildirib ki, münaqişənin tənzimlənməsi üzrə danışıqlar 2007-ci ildə də davam etdiriləcək və yaxşı istiqamətə doğru dəyişikliklər olacaq. Lakin o həmçinin qeyd edib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu il ağır olacaq.

S.Freyzer bildirib ki, vəziyyətin yaxşı istiqamətə dəyişilməsi üçün Azərbaycanda və Ermənistanda ictimaiyyəti hazırlamaq lazımdır ki, hansısa əlavə addım atıla bilsin. S.Freyzer əmindir ki, bu addım yalnız bir tərəf üçün əlverişli olmayacaq və əlavə edib ki, Azərbaycan və Ermənistan güzəştə getməlidirlər, hərçənd bu, tərəflər üçün çətin olacaq.

Xəbər lenti

Xəbər lenti