...

Deputat Tahir Rzayev Kölndə keçiriləcək konfransda iştirak edəcək

Siyasət Materials 20 Yanvar 2007 12:29 (UTC +04:00)

Yanvarın 22-də Kölndə Almaniyanın yerli idarəetmə strukturları ilə tanışlıq məqsədi daşıyan regional konfrans öz işinə başlayacaq. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, deputat Tahir Rzayev iştirak edəcək.

Azərbaycan və Gürcüstan nümayəndələri üçün Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunmuş bu tədbirdə regional infrastrukturun inkişafı, bu sahədə qanunvericilik, regionlarda həyata keçirilən iqtisadi və strateji siyasət, torpaqlardan istifadənin planlaşdırılması və digər mövzular müzakirə ediləcək.

Tədbir iştirakçıları səfər çərçivəsində Almaniyanın bir neçə şəhərində olacaq, dövlət strukturlarının və yerli idarəetmə orqanlarının rəhbərləri ilə fikir mübadiləsi aparacaqlar.

Səfər fevralın 2-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti