Milli Məclisin deputatları üçün köməkçilərin təyin olunması prosesi davam edir. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Trend ə açıqlamasında bildirib ki, millət vəkilləri özləri üçün seçdikləri köməkçilərin sənədlərini parlamentin Dövlət qulluğu və kadrlar şöbəsinə təqdim edirlər.
"Bununla bağlı işlər davam edir və proses normal gedir. Məsələnin tez bir zamanda həll olunması diqqət mərkəzindədir",- deyə mətbuat xidmətinin rəhbəri bildirib.