...

Azərbaycan prezidenti: Regional məsələlər üçün ən böyük təhlükə Ermənistanın Azərbaycana təcavüzüdür

Siyasət Materials 30 Yanvar 2007 18:52 (UTC +04:00)
Azərbaycan prezidenti: Regional məsələlər üçün ən böyük təhlükə Ermənistanın Azərbaycana təcavüzüdür

Regional məsələlər üçün ən böyük təhlükə Ermənistanın Azərbaycana təcavüzü, ərazilərimizin 20 faizinin işğalı və 1 milyondan çox məcburi köçkünlərin olmasıdır. Hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. "ANS" telekanalına istinadən Trend məlumat verir ki, bu barədə Fransada rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisin meri Bertran Dellanoe ilə görüşdən sonra Fransa ictimaiyyəti qarşısında bəyan edib. Dövlət başçısı qeyd edib ki, 21-ci əsrdə bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinə haqq qazandırıla bilməz. O həmçinin qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ probleminin həllində fəal iştirak edir və ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda mövcud olan bütün münaqişələr həll olunacaq və regionda sülh bərqərar ediləcək.

Prezident regional layihələr məsələsinə də toxunaraq qeyd edib ki, ölkənin tələbatını ödəmək üçün həyata keçirilən böyük enerji layihələri Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayacaq. Ümumdünya Bankının hesablamalarına görə, Azərbaycan neft-qaz layihələri hesabına 140 milyard dollar gəlir əldə edir. İ.Əliyev həmçinin qeyd edib ki, iqtisadi uğurlarla yanaşı, dövlətin əsas məqsədi demokratiyaya nail olunması, siyasi islahatların həyata keçirilməsidir.

Xəbər lenti

Xəbər lenti