...

AZAL-ın başçısı: Azərbaycan Fransa təyyarələrindən əsasən daxili reyslərdə istifadə edəcək

Siyasət Materials 6 Fevral 2007 17:58 (UTC +04:00)
AZAL-ın başçısı: Azərbaycan Fransa təyyarələrindən əsasən daxili reyslərdə istifadə edəcək

AZAL Dövlət konserni, ilk növbədə, Fransanın ATR şirkətinin yeni təyyarələrindən Azərbaycanın daxili reyslərində - Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala aeroportlarında sərnişin daşınmasında istifadə etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə bu gün AZAL-ın baş direktoru Cahangir Əsgərov məlumat verib.

AZAL Fransanın aviasiya sənayesi müəssisəsinə iki ATR-42-500S və dörd ATR-72-500S təyyarəsinin alınması üçün sifariş verib. Müqavilənin ümumi məbləği təxminən 97,2 mln. ABŞ dolları təşkil edir. Bu, 50-70 nəfərlik kiçik təyyarələr olacaq.

Bu təyyarələrin tədarükü bu ilin avqustundan başlayacaq. 2007-ci ildə Azərbaycan Fransadan iki, 2008-ci ildə isə - dörd təyyarə alacaq.

Altı yeni təyyarənin alınması Azərbaycana "Antonov" və "Tupolev" markalarını dəyişərək, təyyarə parkını yeniləməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti