...

Kapital Bank fermerlərə subsidiyaların verilməsi üzrə Azərbaycan hökumətinin bank-agenti seçilib

Siyasət Materials 12 Fevral 2007 18:35 (UTC +04:00)
Kapital Bank fermerlərə subsidiyaların verilməsi üzrə Azərbaycan hökumətinin bank-agenti seçilib

Trend in məlumatına əsaəsn, Azərbaycan hökuməti Kapital Bank dövlət bankını fermerlər tərəfindən əldə olunan yanacaq və mineral gübrələrin dəyərinin 50% kompensasiyası məqsədilə kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi üzrə bank-agenti seçib.

Bu gün bankın idarə heytənin sədri Rauf Rzayevin verdiyi məlumata əsasən, dövlətin praktiki olaraq bütün sosial sahələrində iştirak etmək Kapital Bank infrastrukturunu, şaxələnmiş filial şəbəkəsini inkişaf etdirir.

Nizamnamədə subsidiyaların plastik kartlarla həyata keçirilməsinin qeyd olunmasını nəzərə alaraq bankın bu gün fermerlərin kompensasiyalar əldə etmək üçün kifayət qədər bankomatları və POS-terminalları mövcuddur.

Hazırda respublika üzrə Kapital Bank 192 işlək bankomat quraşdırıb, bunun da 119-u ölkənin regionlarında yerləşdirilib və 370 POS-terminalı var. R. Rzayevin fikrincə, infrasturkturların regionlarda toplanması digər banklarla müqayisədə rəqabətədavamlılıq üstünlüyü verir. 2007-ci il üçün bankın planına əlavə 80 bankomat və 1000 POS-terminalın əldə olunması daxildir.

Subsidiyalırın verilməsi ölkə üzrə fermerlərin real sayının dəqiqləşdirilməsi və kartların əldə olunmasından sonra başlanacaq. Bank rəhbərinin sözlərinə görə, öncəki hesablamalar əsasən, kartların sayı 800 000 ədəd nəzərdə tutulub, lakin hamı üçün kartların sifariş edilməsi nəzərdə tutulmayıb. Təqaüdçü fermerlər təqaüdçü kartlar, qaçqınlar və məcburi köçkünlər isə çörək pulunin alınması üçün onlarda olan Kapital Bankın kartlarını istifadə edə bilər.

"Bankın xərclərini azaltmaq üçün fermerlərin nağd pul istifadə etmədən yanacaq əldə etməsi üçün yanacaqdoldurma məntəqələrində POS-terminalların quraşdırılması planlaşdırılıb. Bununla da bankın nağd pulun çatdırılması ilə bağlı xərcləri azalacaq. Bu gün həll olunmamış məsələlərdən biri də bu layihədə iştiraka görə bank xərclərinin qismən ödənilməsidir. Lakin layihənin sosial olduğuna görə, xərclərin əsas hissəsini Kapital Bank özü ödəmək niyyətindədir", R.Rzayev hesab edir.

Bankın xərclərinə kartların istehsalı və çatdırılması, gömrük rüsumlarının ödənilməsi, birdəfəlik xərclərə daxil olan ƏDV daxildir, həmçinin ikinci dərəcəli xərclər də istisna edilmir.

Onun sözlərinə görə, bank əsasən fermerlərin təqdim etdiyi müvafiq sənədlərin əsasında dövlət büdcəsindən pul əldə edərək. xidmətçi bank funksiyasını yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti