...

Dövlət katibi məsləhətçisinin müavini: ABŞ Azərbaycanı özünün strateji tərəfdaşı sayır və təhlükəsizliyin təmin edilməsində yardım etməyə hazırdır

Siyasət Materials 12 Fevral 2007 18:58 (UTC +04:00)

ABŞ Azərbaycanı özünün strateji tərəfdaşı sayır və təhlükəsizliyin təmin edilməsində yardım etməyə hazırdır. Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi məsləhətçisinin müavini Maykl Kolter bildirib.

Onun sözlərinə görə, Azərbaycanla tərəfdaşlıq siyasi, iqtisadi, eləcə də humanitar və təhlükəsizlik sahələrini əhatə edir. Diplomat qeyd edib ki, Azərbaycana səfəri zamanı o, xarici işlər naziri, müdafiə naziri, habelə ölkə prezidenti ilə görüşlər keçirib.

O bildirib ki, səfərinin məqsədi Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın perspektivli sahələri barədə material toplamaq və bütün regionda təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla əməkdaşlığın əhəmiyyətini müəyyən etmək olub.

Xəbər lenti

Xəbər lenti