...

ADP-nin iki yerə – Rəsul Quliyev və Sərdar Cəlaloğlunun partiyalarına bölünməsi rəsmiləşdi

Siyasət Materials 19 Fevral 2007 17:31 (UTC +04:00)

Bu gün - fevralın 19-da Azərbaycan Demokrat Partiyası (ADP) iki yerə bölünməsi rəsmiləşdi. Trend in məlumatına görə, ADP adına həm sədr Rəsul Quliyev və onun tərəfdarları, həm də sədrin birinci müavini olmuş Sərdar Cəlaloğlu və tərəfdarları iddia edirlər.

ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) fevralın 19-da partiyanın lideri Rəsul Quliyevin sədrlikdən və partiya sıralarından uzaqlaşdırılması qərar qəbul etdi. Bu qərarı isə R.Quliyevin tərəfdarları tanımır və əsassız hesab edirlər. Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırılmış Akif Şahbazov məsələyə münasibətini açıqlayarkən qeyd edib ki, ADP-nin qurultayda seçimiş sədrini heç kəs vəzifəsindən azad edə bilməz: "Nizamnaməyə görə, partiyanın sədri, Ali Məclisin üzvü barəsində hər hansı şəxs qərar çıxara bilməz. Sədrin barəsində belə yaramaz və gülünc qərar çıxarılması heç bir məntiqə sığmır. Biz fevralın 18-də Ali Məclisin toplanısını keçirdik və orada ADP-nin qurutaya hazırlıq üzrə Təşkilat Komitəsini yaratdıq, Rəsul Quliyevi də ora sədr seçidik. Qurultayımızı da aprel ayının ortalarında keçirəcəyik"-deyə A.Şahbazov vurğulayıb.

Qeyd edək ki, Sərdar Cəlaloğlu tərəfdarları da ADP-nin 9-cu qurultayına hazırlaşırlar. Beləliklə bir partiyanın ayrı-ayrılıqda iki qurultayının keçirilməsi və tərəflərin bir-birini qəbul etməməsi artıq ADP-nin iki yerə bölünməsi ilə nəticələnir.

Xəbər lenti

Xəbər lenti