Azərbaycan, Bakı / Trend , müx. Z.İbrahimxəlilova / İndi küçəni keçmə qaydalarını pozan piyadaları cərimə gözləyir və rayon Polis idarələrinə aparıla bilərlər. Bu barədə Trend ə Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ərəstun Məcidov məlumat verib.
Bakı şəhərinin küçələrində piyadaların təhlükəsizliyinin təmin olunması üzrə reydlər başlayıb. Növbəti belə tədbir fevralın 21-də "Füzuli" meydanında keçiriləcək. Reydlər çərçivəsində DYP mikroavtobusları videokamera və monitorlarla təchiz edib. Bütün baş verənləri yazan kameralar vasitəsilə, DYP əməkdaşları avtomobillərin hərəkətinin intensivliyini izləyir və şəhərdə yolların keçilməsi üzrə qayda pozuntularını aşkar edirlər. Nəticədə qayda pozucuları mikroavtobusa dəvət olunur və onların hərəkətlərinə yenidən baxılır, onlara qurbanlar (piyadalar), avtomobil qəzaları haqqında beş dəqiqəlik film nümayiş etdirilir və onlara dair 3 manat 30 qəpik həcmində inzibati cəza tətbiq olunur. Əgər vətəndaş cərimə ödəməkdən imtina etsə, onu yaxınlıqdakı Polis İdarəsinə göndərirlər.