Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycanın Çexiyadakı səfirliyi fəaliyyətinə aprel ayından sonra başlayır. Hazırda səfirliyin ştat cədvəli dəqiqləşdirilib. Azərbaycanın Çexiyadakı yeni səfiri Tahir Tağızadə bildirib ki, yeni nümayəndəliyin büdcə və maliyyələşmə məsələləri həll edilməlidir. Həmiçinin səfirlikdə iş üçün lazım olan kadrlar seçilməlidir. Azərbaycanın Çexiyadakı səfirliyinin yerləşməsi üçün yer hələ seçilməyib.
Dünən prezidentin sərəncamı ilə Azərbaycan XİN mətbuat və informasiya siyasəti şöbəsinin hazırkı rəisi T.Tağızadəyə Azərbaycanın Səlahiyyətli və Fövqəladə Səfiri diplomatik rütbəsi verilib. Dövlət başçısının digər sərəncamı ilə T.Tağızadə Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.