...

Mərkəzi Seçki Komissiyasının sədri Böyük Britaniyada səfərdədir

Siyasət Materials 1 Mart 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Böyük Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının dəvətilə bu ölkədə səfərdədir. Bu barədə MSK-dan məlumat verilib.

Səfərdə məqsəd Seçki Rəsmiləri Assosiasiyası tərəfindən təşkil olunan konfrans və illik yığıncaqda iştirak etməkdir. M.Pənahovun Seçki Rəsmiləri Assosiasiyasının rəhbəri və Böyük Britaniya Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri də planlaşdırılıb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq. M.Pənahovu səfərdə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edir.

Qeyd edək ki, MSK nümayəndələri martın 3-də Bakıya qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti