...

Azərbaycanın birinci xanımı Türkiyə baş nazirinin xanımı ilə görüşüb

Siyasət Materials 9 Mart 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 9-da Heydər Əliyev Fondunda Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğanla görüş keçirib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Əvvəlcə qonaqlar üçün Heyədər Əliyev Fondunun fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Sonra Mehriban Əliyevə Ə.Ərdoğana 2004-cü ildə yaradılmış fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. M.Əliyevanın sözlərinə görə, fond əsasən Azərbaycanın sosial, təhsil və səhiyyə problemlərinin həllinə kömək edir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mədəni, tarixi abidələrin qorunması və təbliği də forndun əsas prioritetlərindəndir. M.Əliyeva Heydər Əliyev Fondunun həyata keçirdiyi konkret layihələr haqqında məlumat verib.

Turkiyəli qonaqlar "Azərilmə" müəssisəsində də olub, Azərbaycan xalçalarından ibarət sərgi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti