...

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik etdi

Siyasət Materials 12 Mart 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) martın 12-də keçirilən iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. MSK sədrinin müavini Svetlana Qasımova və katib Natiq Məmmədovun təqdimatı əsasında 9 salyı Binəqədi ikinci, 13 saylı Əzizbəyov birinci, 14 saylı Əzizbəyov ikinci, 52 saylı Quba, 75 saylı Lənkəran-Masallı, 80 saylı İmişli-Beyləqan, 116 saylı Qəbələ seçki dairələrinin tərkibində dəyişiklik edilib. Öz ərizələri ilə vəzifələrindən azad olunan komissiya üzvlərinin yerinə yeni üzvlər təyin olunub. İclasda MSK-nın 15 yanvar 2007-ci il tarixli iclas protokolu təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti