...

"Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun tətbiq olunması ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiklik ediləcək

Siyasət Materials 12 Aprel 2007 21:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının cümə axşamı keçirilən iclasında "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun tətbiq olunması ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Bildirilib ki, adıçəkilən qanun 2005-ci ildə qəbul olunub. Bu isə bəzi qanunlarda redaktə xarakterli dəyişikliyüin edilməsit zərurətini yaradıb.

İclasda bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi də müzakirə olunub. Qeyd olunub ki, "İpoteka haqqında" qanun qəbul olunduqdan sonra bir sıra qanunlarda dəyişiklik edilməsin zərurəti yaranıb. Bundan başqa 1995-ci ilodə qəbul edilən "İstehlakçıların hüquqlarının qorunması haqqında" qanuna redaktə xarakterli dəyişiklik təklif olunur. Bu da əhalinin sağlamlığı, ərzaq təhlükəsizliyinin təmin olunması, nəzarətin daha də gücləndirilmiəsi üçündür.

Müzakirələrdən sonra qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsi tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti