...

Moskvada Azərbaycan-Rusiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılacaq

Siyasət Materials 2 May 2007 17:22 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Rusiya arasında ikitərəfli qarşılıqlı münasibət, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri 7-8 may tarixdə Moskvada keçiriləcək Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr zamanı diqqət mərkəzində olacaq. Bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycanı məsləhətləşmələrdə nazir müavini Araz Əzimovun başçılıq edəcəyi XİN nümayəndə heyəti təmsil edəcək. Səfirlikdən bildiriblər ki, danışıqlarda Rusiya tərəfindən MDB və Avropa ölkələri üzrə departamentlərin rəhbərləri iştirak edəcək.

Diplomatik missiyadan qeyd ediblər ki, tərəflər həmçinin iki ölkənin Avrostrukturlara inteqrasiyasında əməkdaşlıq məsələlərini də nəzərdən keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti