...

Makedoniyada dondurulmuş münaqişələrə dair dinləmələr keçiriləcək

Siyasət Materials 14 May 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin mayın 15-də Makedoniyanın Skopye şəhərində keçiriləcək iclasında dondurulmuş münaqişələrə dair dinləmələr aparılacaq. Bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda həmçinin AŞPA tərəfindən Bolqarıstanda aparılmış monitorinqin nəticələri, Moldovanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi  və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti