...

Rusiya səfiri Qəbələ RLS-in birgə istifadəsi barədə məsələ qoyulmasını mümkün hesab edir

Siyasət Materials 15 May 2007 15:55 (UTC +04:00)
Rusiya səfiri Qəbələ RLS-in birgə istifadəsi barədə məsələ qoyulmasını mümkün hesab edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Rusiya Qəbələ radiolokasiya stansiyasının (RLS) ABŞ-la birgə istifadə olunması barədə məsələyə baxa bilər. Bu barədə jurnalistlərə çərşənbə axşamı Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

"ABŞ Rusiyanın sərəncamında olan bu və ya digər RLS-lərdən, həmçinin Rusiyanın Azərbaycanda icarəyə götrdüyü Qəbələ RLS-dən məlumat alınması barədə birmənalı şəkildə maraq göstərməyib" - deyə o bildirib. Rusiyanın konkret cavabı isə ABŞ-ın konkret olaraq nə təklif edəcəyi ilə bağlıdır. İndiki halda səfir bu məsələnin qaldırılmasını mümkün hesab edir.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i icarəyə götürüb. RLS hələ sovet dövründə SSRİ-nin müdafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə ramən, stansiyanın birgə istfadə olunmasını təklif edib.

Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb. Qəbələ RLS-lə bağlı məsələ Azərbaycanın daxili siyasi debatlarında və parlamentdə birmənalı müzakirə olunmur. 2004-cü ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi stransiyanın elektromaqnit şüalanmasının ətraf mühit və insan sağlamlığına təsriri ilə bağlı monitorinq keçirmək niyyətini bəyan edib.

Müxtəlif yerli ekoloji qurumlar iddia edir ki, Qəbələ RLS-dən yayılan elektromaqnit şüalanması ətraf mühit və insan sağlamlığına mənfi təsir edir. 2006-cı ildə isə Bakı icarə haqqının 2 dəfə artırılaraq illik 7 mln. dollardan 14,4 mln. dollara qədər olması barədə məsələ qaldırmışdı.

Xəbər lenti

Xəbər lenti