...

Azərbaycan Milli Məclisi sədrinin Polşaya səfər proqramı açıqlanıb

Siyasət Materials 17 May 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Polşaya səfəri zamanı bu ölkənin prezidenti Lex Kaçinski ilə görüşəcək. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib.

Nəsirov qeyd edib ki, Milli Məclisin sədri mayın 21-dən 23-dək Polşada rəsmi səfərdə olacaq. Səfər Polşa Senatının sədri Boqdan Boruseviçin dəvəti ilə həyata keçiriləcək.

"Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Polşa prezidenti Lex Kaçinski, baş nazir, parlamentin hər iki palatasının - Senatın və Seymin sədrləri ilə görüşəcək", - deyə mətbuat katibi əlavə edib.

Onun sözlərinə görə, Milli Məclisin sədri Azərbaycanın Polşadakı səfirliyinin 28 may - Respublika Günü münasibəti ilə təşkil eəcəyi tədbirə də qatılacaq.

Xəbər lenti

Xəbər lenti