...

ACP bir neçə müxalifət partiyası ilə əməkdaşlığa dair razılaşma əldə edib

Siyasət Materials 21 May 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası (ACP) bir neçə müxalifət partiyası ilə əməkdaşlığa dair ikitərəfli sazişlər bağlanması üçün razılaşma əldə edib. Bu barədə bazar ertəsi ACP-nin sədri Akif Şahbazov açıqlama verib.

Şahbazovun sözlərinə görə, ACP bir sıra müxalifət partiyaları ilə əməkdaşlığa dair ikitərəfli sazişlər bağlayacaq. Bunlar Müsavat, Liberal, Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Ədalət və digər partiyalardır. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hələlik müraciətə cavab bildirməyib.

Şahbazov qeyd edib ki, əməkdaşlıq sazişlərində ölkədə seçkilərin demokratik keçirilməsi üçün birgə mübarizə aparılmasına dair öhdəliklər qoyulacaq. Bu sazişlər həm də qarşıdan gələn prezident seçkilərində əməkdaşlığı nəzərdə tutacaq.

Şahbazov deyib ki, ACP-nin təşkilatçılığı ilə mayın 25-də Bakıda keçiriləcək Milli Forumdan sonra həmin sazişlər imzalanacaq.

Müxalifəti təmsil edən Açıq Cəmiyyət Partiyasının lideri, Azərbaycanın eks-spikeri Rəsul Quliyevdir. Quliyev 2000-ci ildən bu ilin fevralınadək Azərbaycan Demokrat Partiyasının sədri olub. Quliyevin tərəfdarları ADP-dən ayrılaraq öz qurultaylarını keçirib, Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti