...

Azərbaycanda güzəştli ipoteka kreditləri veriləcək hərbi qulluqçuların dairəsi genişlənib

Siyasət Materials 21 May 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanda güzəştli ipoteka kreditləriveriləcəkhərbi qulluqçuların dairəsi genişlənib. Prezidentin fərmanı ilə "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"na edilən əlavələrə görə, 3 ildən az olmayaraq hərbi qulluqda olan Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa) güzəştli ipoteka kreditləri ala biləcəklər.

Əlavədən öncə bu imkan yalnız Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilmişdi.

Xəbər lenti

Xəbər lenti