...

Müxalifət partiyası Ədliyyə Nazirliyini məhkəməyə verib

Siyasət Materials 14 İyun 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə partiyanın sədri Əli Əliyev cümə axşamı məlumat verib.

Partiya cümə axşamı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Əliyev bildirib ki, Vətəndaş və İnkişaf Partiyası bir il əvvəl təsis olunduqdan sonra partiyanın sənədləri Ədliyyə Nazirliyinə təqdim olunmuşdu. Qanuna əsasən, nazirlik ən geci 40 gün müddətində partiyaya cavab verməli idi. Lakin cavab verilmədiyi üçün partiya ötən il ikinci dəfə nazirliyə müraciət edib.

"Nəhayət, on aydan sonra, bu il fevralın 22-də Ədliyyə Nazirliyi sənədlərdə xırda texniki düzəlişlər edilməsi üçün onları geri göndərdi. Biz də sənədləri qaydasına salaraq martın 7-də yenidən nazirliyə təqdim etdik. O vaxtdan bəri üç ay ərzinədə bir neçə dəfə nazirlik nümayəndələri ilə görüşlər keçirmişik, lakin konkret cavab yoxdur. Ona görə də nazirliyi məhkəməyə verməyi qərara aldıq" - deyə Əliyev qeyd edib.

Şikayətdə bildirilir ki, Ədliyyə Nazirliyinin VİP-in dövlət qeydiyyatına alınmasında yol verdiyi hərəkətsizlik partiyanın hüquq və azadlıqlarını pozan qanunazidd hərəkətdir. Buna görə də məhkəmədən VİP-in dövlət qeydiyyatına alınması vəzifəsinin Ədliyyə Nazirliyinin üzərinə qoyulmasına dair qətnamə çıxarılması xahiş olunur.

Müxalifətçi Vətəndaş və İnkişaf Partiyası "Azadlıq" siyasi blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti