...

ABŞ səfiri: ABŞ Azərbaycanın siyasi və iqtisadi islahatlarını dəstəkləyir"

Siyasət Materials 3 İyul 2007 21:35 (UTC +04:00)
ABŞ səfiri: ABŞ Azərbaycanın siyasi və iqtisadi islahatlarını dəstəkləyir"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ "ABŞ Azərbaycanın siyasi və iqtisadi islahatlarını dəstəkləyir. Azərbaycan hökuməti və vətəndaşları güclü demokratiya qurduğu və azadlıqları əldə etdiyi bir zamanda biz onlarla birgə işləyəcəyik". Bu barədə çərşənbə axşamı ABŞ-ın Azərbaycandıkı səfirliyində keçirilən ABŞ-ın milli bayramı - müstəqliiyin 231-ci ildönümü münasibətilə keçirilən tədbirdə səfir Enn Dersi bildirib.

"Birləşmiş Ştatlar Azərbaycana bu vacib vaxtda qarşıda duran məsələlərin çözülməsində dəstək vermək niyyətindədir. Bu sıraya daxil olan təhlükəsizlik və müstəqillik, iqtisadi artım, inkişaf, korrupsiyaya qarşı mübarizə, insan hüquqları və söz azadlığının təmin olunması məsələlərində ABŞ öz strateji dostu və tərəfdaşı ilə çiyin-çiyinə olacaq" - deyə Enn Dersi bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib ki, Azxərbaycanın müstəqillik qazandığı son 16 ildə Azərbaycan-ABŞ əməkdaşlığı sürətlə inkişaf edib, münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əsədov terrorizmə qarşı mübarizədə, Xəzər dənizi karbohidrogenlərinin dünya bazarına çatdırılması üçün boru kəmərlərinin tikilməsində, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsində dəstəyinə görə ABŞ hökumətinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti