...

Bərdə rayon yol polisi şöbəsi gücləndirilmiş iş rejiminə keçib

Siyasət Materials 17 İyul 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəlaloğlu/ Bərdə rayon Polis İdarəsinin yol polisi şöbəsi gücləndirilmiş iş rejiminə keçib.

Şöbənin rəisi Elçin Əliyev Trend ə bildirib ki, 1 ay davam edəcək tədbirin əsas məqsədi avtoxuliqanlarla mübarizəni gücləndirməkdir. Belə ki, son vaxtlar rayon mərkəzində avtoxuliqanlar tərəfindən ağır yol qəzalarının sayı artır.Rəisin sözlərinə görə, bir ay müddətində axşam saat 20.00-dan gecə 24.00-dək polislər reydlər keçirəcək. Aparılan araşdırmalar zamanı məlum olub ki, belə qəzalar əsasən günün axşam vaxtlarında baş verir. Qəzanı törədənlər əsasən 25 yaşadək olan gənclərdir. Əliyev qeyd edib ki, ötən axşam keçirilən reyd zamanı 50-yə yaxın sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələnib, inzibati qaydada həbs olunublar. Avtomobillər isə cərimə meydançasına aparılıb.

Xəbər lenti

Xəbər lenti