...

Azərbaycan deputatları Türkiyədəki parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 17 İyul 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli Məclisinin deputatları iyulun 22-də Tükiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər. Müşahidə Avropa Şurası Parlament Assambleyasının missiyası çərçivəsində aparılacaq. AŞPA-nın müşahidəçi deputat heyəti iyulun 19-dan 23-dək Türkiyədə olacaq.

Azərbaycan nümayəndə heyətinə AŞPA-dakı nümayəndə heyətinin üzvləri - Qənirə Paşayeva, Gültəkin Hacıyeva, Rafael Hüseynov daxildir.

Xəbər lenti

Xəbər lenti