Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtda dilənçiliklə məşğul olan 66 nəfər saxlanılıb. Bu barədə cümə günü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dilənçiliklə məşğul olanlar Bakının Biləcəri qəsəbəsi ərazisində saxlanılıb və onlar aidiyyatı üzrə göndərilib.