...

Azərbaycan prezidenti şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 31 İyul 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir X.Ələkbərova / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə axşamı korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının öz fəaliyyətlərində Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəalarını rəhbər tutlması, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər altı aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya məlumat təqdim olunması nəzərdə tutulub.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti