...

Ölüm cəzasına qarşı beynəlxalq komitə: İranda ölüm cəzasının ləğv olunmasına ehtiyac var

Siyasət Materials 6 Avqust 2007 20:24 (UTC +04:00)
Ölüm cəzasına qarşı beynəlxalq komitə: İranda ölüm cəzasının ləğv olunmasına ehtiyac var

Azərbaycan, Bakı/ Trend D.Xatınoğlu, A.Qasımova/ Ölüm cəzasına qarşı beynəlxalq komitə hesab edir ki, hakimlərin ölüm cəzası barədə ədalətsiz qərarlar qəbul etdiyi İrandakı islam rejiminə təzyiq etmək lazımdır. "İrandakı islam rejiminə təyziq etmək və bu ölkədə ölüm cəzasını ləğv etməyə ehtiyac var", - deyə Almaniyada iranlı hüquq müdafiəçisi Mina Əhədinin rəhbərliyi altında fəaliyyət göstərən Ölüm cəzasına qarşı beynəlxalq komitənin müraciətində göstərilir.

Bazar ertəsi Berlindən telefonla xanım Əhədi özü Trend ə bildirib ki, müraciətdə yalnız İranda hazırda icra olunacaq ölüm hökmlərinin deyil, ümumiyyətlə ölüm cəzasını ləğv etmək barədə göstərilir.

"Biz İranda baş verən son hadisələrə, orda insan öldürülməsi sona yetməyənə qədər insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq təşkilatlardan müdaxilə etmələrini xahiş edirik", - deyə müraciətdə bildirilir.

Müraciət Amnesty international təşkilatına və dünayanın digər hüquq müdafiə qurumlarına göndərilib. Əhədinin sözlərinə görə, məhbuslar özləri ondan müraciətlərinin beynəlxalq hüquqmüdafiə təşkilatlarına çatdırılması xahiş ediblər və o da buna söz verib.

2006-cı illə müqayisədə İranda ölüm cəzasının tətbiqi iki dəfə artıb. İran dünyada yetkinlik yaşına çatmayanların edamı üzrə birinci yerdədir. Xatırladaq ki, bir müddət öncə bu ölkədə iki nəfər kürd jurnalisti həbs olunaraq ölüm hökmünə məhkum olunublar. Jurnalistlər Adnan Həsənpur və Xiva Butimar 2005-ci ildə İranın hüquqmühafizə orqanları tərəfindən həbs olunublar. Bu günlərdə Mərivan (İranın Kürdüstan əyaləti) şəhər məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyi əleyhinə fəaliyyət, gizli hərbi məlumatların alternativ qüvvələrə ötürülməsi, İran hakimiyyətinə qarşı silahlı mübarizədə ittiham olunublar. Jurnalistlərin hakimiyyət tərəfindən təyin olunan vəkili Məhəmməd Saleh Nikbəxt bildirib ki, ittiham olunanlar 140 səhifəlik etiraflarında öz günahlarını etiraf ediblər. Bununla belə o məhkəmənin ədalətsiz keçirildiyini və jurnalistləri edam etməyin düzgün olmadağını bildirib. Vəkil qeyd edib ki, Həsənpura qarşı onun peşəkar fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti