...

Ekspert: "Gürcüstan ordusunun Qərbi Avropa standartlarına uyğunlaşdırılması üçün 5-10 il tələb olunur"

Siyasət Materials 11 Avqust 2007 15:23 (UTC +04:00)
Ekspert: "Gürcüstan ordusunun Qərbi Avropa standartlarına uyğunlaşdırılması üçün 5-10 il tələb olunur"

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan Silahlı Qüvvələrinin Qərbi Avropa standartları üzrə təchiz olunması üçün 5-10 il tələb olunur. Bu barədə Trend ə Gürcüstanın "Arsenal" hərbi jurnalının baş redaktoru, hərbi ekspert Kaxa Aladaşvili bildirib.

Bu ərəfədə Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Gürcüstan ordusunun Qərbi Avropa silahlı qüvvələri standartlarına keçməsi barədə qərar qəbul edib.

"Gürcüstan ordusunun Qərbi Avropa ordusuna uyğunlaşdırılması üçün yalnız texniki cəhətdən yenidən silahlanma deyil, eyni zamanda gürcü hərbçilərinin dünyagörüşünü dəyişmək lazımdır" - deyə ekspert hesab edir. O bildirib ki, hələ ki gürcü hərbçilərinin dünyagörüşü avropalı həmkarlarının dünyagörüşündən uzaqdır.

"Həmçinin dil maneəsini də aşmaq lazımdır. Yalnız ingilis dilini bilməklə orduda inqilab mümkündür. Buna görə də bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır" - deyə ekspert hesab edir.

"Gürcüstan hərbi sistemində əsasən sovet silahlarından istifadə olunur. Bu silahların dəyişdirilməsi böyük maliyyə xərcləri ilə əlaqədardır. Əgər hakimiyyət buna hazırdırsa, yaxın gələcəkdə bu müsbət nəticə verəcək" - deyə o qeyd edib.

"Bizim Hərbi Dəniz Qüvvələrimizdə müəyyən istisnalarımız var. HDQ istifadəsində Fransa istehsalı olan "Dioskuriya" raket qayığı, Türkiyə istehsalı olan "Dioskuriya" patrul gəmisi, İsrail istehsalı olan "Ta vor" atıcı silahı, daxili qüvvələrin istifadəsində olan "Lendrover" tipli hərbi maşın, İsrail elektron sistemi ilə təchiz olunmuş Rusiya CU -25 təyyarəsi var" - deyə o söyləyib.

Cümə günü Gürcüstan prezidenti hava pozucularını vurmaq qabiliyyətinə malik bir neçə qırıcı almaq niyyətini qeyd edib. O, bu cür təyyarələri hardan almaq barədə niyyətini isə bildirməyib. Qeyri-rəsmi məlumatlara görə isə Fransının "Miraj" qırıcı təyyarələrinin alınması haqqında danışıqlar aparılır. Həmçinin Fransadan 500 mln. dollar dəyərində hərbi gəmilərin alınması barədə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti