...

Əgər yer yoxdursa, festivallar təşkil etməyin nə mənası var?

Cəmiyyət Materials 11 Sentyabr 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /. "TrendLife",müxbir Eldar Hüseynzadə/

Əgər evinizdə yer yoxdursa, necə qonaq dəvət edə bilərsiniz? 10 nəfər insanı bir otaqda necə yerləşdirmək olar? Əlbəttə, yerləşdirmək olar, sadəcə, narahatlıq yaranacaq. Bax, belə vəziyyət "Şərq-Qərb" kinofestivallarının təşkili zamanı yaranır. Onların keçirilməsi üçün bizdə lazımi qədər yer yoxdur. Hətta Azərbaycan kinoteatrının böyük zalı da çox kiçikdir. Çünki festival vaxtı çoxlu qonaqlar, kino nümayəndələri ,şəhərimizdə qonaq olur. "Şərq-Qərb" festivalı artıq doqquzuncu dəfədir ki, keçirilir. Doqquz ildir ki, həmin yer azlığı problemi ilə üzləşirik. Bu il isə əvvəlki illərə nisbətən lap çətin keçdi. Tədbirin bağlanmasını Heydər Əliyev sarayında təşkil etmək olardı. Lakin orda bir il bərpa işləri aparılacaq. Yenə yaxşı ki, açılışı "Yaşıl teatrda" etdilər. Orda hamıya yer çatırdı. Ayrıca, problem də yox idi. Görəsən bağlantını da orda təşkil etmək olmazdı? Bizim bu haqda niyə danışdığımızı indi başa salacam. Belə ki, dünən TrendLife müxbiri də "Şərq-Qərb" kinofestivalının bağlanması ilə bağlı tədbirə getmişdir. Burda qonaqlardan başqa, jurnalistlərdə vardı. Kinomatoqrafa olan sevgidən deyil, sadəcə bura işlərinin xətrinə gəlmişdilər. Belə ki, bizi xidməti vəzifəmizi yerinə yetirməyə icazə vermədilər. Nəinki icazə vermirdilər, hətta bizi zala da buraxmırdılar. Bəs onda bizi bura nəyə görə çağırmışdılar? Hamı deyirdi ki, gözləyin, mütləq sizi zala buraxacaqlar. Amma nəyi gözləyəcəyimizi bilmirdik. Bax, bu təşkilatçıların jurnalstlərə olan "hörməti" idi. Biz birinci dəfə deyil ki, belə vəziyyətlə qarşılaşırıq. Çünki bilirlər ki, jurnalistlər hər şeyə dözürlər! Çox acınacaqlı haldır!

Nəyə görə mən festival haqda yaxşı yazmalıyam? Bir halda ki, məni orda arzulanmayan qonaq kimi qapı arxasında saxlamışdılar. Lakin sonradan içəri daxil olmağa icazə verildi. O vaxt artıq Murad İbrahimbəyov "Üç qız" filmini təqdim etmək üzrəydi. Ondan sonra zalda qalmaq həvəsi öldü. Çox ümid etmək istərdik ki, məhz zalın kiçik olmasından, "Şərq-Qərb" festivalının təşkilatçsıları jurnalistlərə belə soyuq münasibət göstərirdilər. Əgər yer yoxdursa, kinofestival keçirməyin nə mənası var? Çox çətin sualdır. Əlbəttə ki, qoy heç kim düşünməsin ki, bizdə kino ölməyib. Bunu üçün bu festivalı keçirməyə dəyər. Keçən festival yaddaşlarda bir o qədər də yaxşı təssürat yaratmadı. İnanmaq istəyirik ki, festivalın yubileyi gözəl təşkil ediləcək!

Xəbər lenti

Xəbər lenti