...

İçəri şəhərdə xəritə quraşdırılıb

Cəmiyyət Materials 22 Sentyabr 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Son zamanlar İçəri şəhərdə aktiv işlər aparılır. Bu haqda TrendLife-a İçəri şəhərin baş rəssamı İsmayıl Məmmədov xəbər verib. Onun sözlərinə görə, Bakı Soveti tərəfindən İçəri şəhərə daxil olan yerdə keçmiş şəhərin xəritəsi asılıb. Əvvəllər həmin xəritə Karvansarayın önündə asılmışdı. Karvansarayın önündəki xəritə isə, 2,5 dəfə böyüdülüb Həmçinin, İçəri şəhərin girişində Bakının və Azərbaycanın gerbləri asılıb. Qız Qalasının yanında isə, turistlərin dincəlmələri üçün xüsusi bulaq inşa olunur.

Xəbər lenti

Xəbər lenti