...

Müğənni Lalə Məmmədova klipinə təqdimat keçirdi

Cəmiyyət Materials 27 Sentyabr 2007 21:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /müx. TrendLife Vüqar Vüqarlı/

Müğənni Lalə Məmmədova son on gündə ikinci klipinə təqdimat keçirdi. "İdeal" klipindən sonra müğənni "Yar bizə qonaq gələcək" mahnısını ifa edib. Onu da qeyd edim ki, mahnının sözləri Sənubər Abdullayevaya, musiqisi Sevda Məmmədliyə məxsusdur. Klipin təqdimatı BMM-də oldu. Ümumilikdə mahnı pis deyildir. Lalədə mahnını pis ifa etmirdi. Amma nədənsə klip zəif çəkilmişdir. Onu da xatırladım ki, klipin rejissoru Etibar Həsənovdur. Heç kəsə sirr deyil ki, Lalə Məmmədova gözəl səs imkanlarına malikdir. Buna baxmayaraq, indiyənə kimi bəzi şou-biznes nümayəndələri kimi məhşurlaşmayıb. Hazırki klip isə elə olmalı idi ki, bütün ürəkləri fəth etsin. Nə isə klip barədə danışdıq. İndi isə keçək telekanallara. Bəzi telekanallar ümumiyyətlə, təqdimata məhəl qoymadılar. Səbəb isə əlbəttə ki, məlumdur. Lalə Məmmədova bəzi müğənnilər kimi, məsələn Ruhi kimi kanallara pul verməmişdir ki, onu reklam etsinlər. O, sadəcə ailəli xanımdır. Və artıq-əskik hərəkətlərə heç vaxt yol vermir. Bu isə heç kimə maraqlı deyil. Tədbirdə iştirak edən media işçiləri tədbirə müğənni sevdiklərinə görə yox, səhifələrini doldurmaq üçün gəlmişdilər. Baxmayaraq ki, müğənni rejissor Etibar Həsənova hörmət edir, gərək işə professeonal tərəfdən yanaşardı. Bir şeyi başa düşmək lazımdır ki, əgər xanım bir kişini gözləyirsə, görüş vaxtı bir ziyafət paltarını digərinə dəyişməməlidir...

Xəbər lenti

Xəbər lenti