...

Türkdilli ölkələrin dövlət başçıları noyabrda Bakıda toplaşacaqlar (video)

Cəmiyyət Materials 11 Oktyabr 2007 14:44 (UTC +04:00)
Türkdilli ölkələrin dövlət başçıları noyabrda Bakıda toplaşacaqlar (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Noyabrın sonunda Bakıda Türk Dövlət və Toplumlarının 11-ci Dostluq və Qardaşlıq Qurultayı keçiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. Onun sözlərinə görə, qurultayda türkdilli ölkələrin dövlət başçıları, rəsmi şəxsləri iştirak edəcəklər. Ümumilikdə Bakı qurultayına 600 nəfər qonağın qatılması planlaşdırılır.

Komitə sədri bildirib ki, indiyədək 10 qurultayın hamısı Türkiyədə keçirilib. Qurultay ilk dəfədir ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyədən kənarda - Azərbaycanda keçiriləcək. "Bu isə Azərbaycanın getdikçə türk dünyasının mərkəzinə çevrildiyini göstərir" - deyə İbrahimov bildirib.

Xəbər lenti

Xəbər lenti